29 
Apr
2024
10:48
4
101
1048
Virtual karabakh

Dövlət Komissiyası: “Təəssüf ki, aşkar etdiyimiz meyit qalıqlarının hamısı tələblərə cavab vermir”

29 Apr, 2024
10:48
1048

Dövlət Komissiyası: “Təəssüf ki, aşkar etdiyimiz meyit qalıqlarının hamısı tələblərə cavab vermir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İtkin düşmüş şəxslərin böyük əksəriyyətinin ailə üzvlərindən bioloji nümunələr götürülüb. Ancaq bu iş tam yekunlaşmayıb və davam edir”.

Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, şəxsiyyəti eyniləşdirilmiş 108 nəfərin hamısı məhz bu nümunələrdən istifadə edilərək müəyyənləşdirilib:

“Sözsüz ki, burada vacib aspekt molekulyar genetik laboratoriyanın verdiyi cavabdır. Əgər tapılmış sümüklərdə bioloji nümunə, başqa sözlə DNT varsa, onun şəxsiyyətinin müəyyən olunması asandır”.

İsmayıl Axundov qeyd edib ki, bununla yanaşı, itkin düşmüş şəxslərin eyniləşmə prosesində digər metodlardan da istifadə olunur:

“İtkinlərlə bağlı ilkin olaraq antemortem - ölümdən əvvəlki - məlumatlar toplanır. Məzarlar aşkarlanandan sonra isə postmortem - ölümdən sonrakı - məlumatlar toplanır ki, əvvəlki məlumatlarla tutuşdurulsun. Ümumilikdə isə şəxsiyyətin eyniləşdirilməsi çox mürəkkəb prosesdir, bu ciddi vaxt, maddi və insan resursları tələb edir. Ekshumasiya prosesində tapılan meyit qalıqları müəyyən tələblərə cavab verməlidir. Təəssüf ki, aşkar etdiyimiz meyit qalıqlarının hamısı o tələblərə cavab vermir.

Ümumiyyətlə, antemortem məlumatların toplanması zamanı verilmiş bütün informasiyalar qeydiyyata alınır. Bu prosesdə itkinin ailə üzvlərinin, son dəfə onu görmüş və yanında olmuş şəxslərin verdiyi məlumatlar toplanır və sistemləşdirilir. Sonuncu dəfə itkinin əynindəki geyim, ayaqqabı, yaxud cibindəki daraq, qələm, qol saatı və s. kimi məlumatları nəzərdə tuturam. Əgər məzardan deyilən parametrlərə uyğun artefaktlar tapılırsa, itkin düşən şəxsin şəhidolma arealı da bizə məlumdursa, bu metodologiyalardan da istifadə olunur”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri